Azərbaycan çempionu milliyə dəvət olunacaq
- 05 Noy 2022 22:07
- 468
2023-cü ildən Azərbaycan çempionatında birinci yeri tutan şahmatçı ölkənin əsas milli komandasına dəvət olunacaq.
Rekord.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun prezidenti Mahir Məmmədovun rəhbərliyi altında keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Yeni qaydaya əsasən, ölkə çempionu yığmada ən aşağı reytinqə malik şahmatçını əvəz edəcək və il ərzində federasiyadan təqaüd alacaq.
Görüşdə təqaüd alacaq şahmatçıların müəyyən olunma meyarları, 2023-cü ilin büdcəsi və yeni ilin təqvimi də müzakirə edilib.