"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkəsinin "Flamurtari" komandasına keçib.


O, 2011-2017-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb və 2013/2014 mövsümündə Albaniya Kubokunu qazanıb.


Teluşi 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.