Azərbaycan Çexiyadakı AÇ-də 40 şahmatçı ilə təmsil olunacaq
- 20 Avq 2024 20:00
- 304
Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, yarışda 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.
Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcəklər.
Ümumilikdə Azərbaycan nüfuzlu yarışda 40 şahmatçı ilə təmsil olunacaq.
Avqustun 22-də başlayacaq turnirə ayın 31-də yekun vurulacaq.