Azərbaycan cüdoçuları AÇ-ni 8 medalla birinci pillədə başa vurdular
- 07 Sen 2024 18:30
- 235
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar.
Rekord.az xəbər verir ki, bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıblar.
Beləliklə, komanda medal sıralamasında ilk sırada qərarlaşıb.
Daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb. Sentyabrın 8-də komanda yarışı olacaq.