Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Açıq Avropa turnirində iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kq), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Camal Qamzatxanov və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Sentyabrın 28-29-da keçiriləcək və 34 ölkədən 371 idmançının yarışacağı turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.