Azərbaycan cüdoçuları Avropa birincisi oldular
- 31 İyl 2023 11:30
- 305
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa Gənclər Olimpiya Festivalının (EYOF) fərdi yarışlarında birinci yeri tutublar.
Rekord.az xəbər verir ki, yığma 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanaraq, buna nail olub.
Azərbaycan komandasının EYOF 2023-də əldə etdiyi medal sayı bu il ən yaxşı ikinci nəticədir. İdmançılar ötən ay Portuqaliyada keçirilən Avropa çempionatının medal sıralamasında da birinci yerdə qərarlaşıblar.
Builki çıxış medal əyarına görə indiyə qədər EYOF yarışlarında əldə edilən ən yaxşı ikinci nəticədir. 2007-ci ildə keçirilən turnirdə cüdoçular 4 qızıl medal qazanıblar.
Qeyd edək ki, yeniyetmə cüdoçular arasında dünya çempionatı avqustun 23-27-si aralığında Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.