Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandılar
- 03 İyl 2021 22:00
- 725
Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kubokuna start verilib.
Rekord.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan millisi aktivinə 4 medal yazdırıb.
Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb.
60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva da millimizə gümüş medal qazandırıb.
Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.
Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.