Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında
- 08 Dek 2022 16:30
- 434
5 dekabrdan etibarən Türkiyənin Antaliya şəhərində beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Rekord.az xəbər verir ki, 15 dekabra qədər davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət Azərbaycan milli komandasının 15, qadınlardan ibarət yığmanın isə 8 cüdoçusu iştirak edir.
İdmançılarımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 20-22 dekabrda İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək Masters turnirinə hazırlıq məqsədi daşıyır.