Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında
- 19 İyl 2023 19:50
- 308
Azərbaycan cüdoçuları iyulun 17-dən 21-dək Niderlandın Papendal şəhərində keçirilən cüdo üzrə Olimpiya təlim düşərgəsində iştirak edir.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesində Azərbaycan, İsrail, Belçika, Almaniya, Portuqaliya, Türkiyə, Qazaxıstan, Xorvatiya, Avstriya, Macarıstan və bir çox digər ölkələrdən 400-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 17, qadınlardan ibarət milli yığma komandasının isə 11 üzvü iştirak edir.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Hazırlıq prosesi 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirində hazırlıq məqsədi daşıyır.