Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də birinci yeri tutdu
- 18 Fev 2024 23:53
- 249
16-18 fevralda Milli Gimnastika Arenasında keçirilən “Bakı Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları medal sıralamasına görə 62 ölkə arasında birinci olub.
Rekord.az xəbər verir ki, turnirin sonuncu günündə -90 kq. çəkidə Murad Fətiyev qızıl medal, Vüqar Talıbov isə bürünc medal qazanıb.
+100 kq. çəkidə isə Camal Qamzatxanov gümüş medala sahib olub.
Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 2 gümüş, və 3 bürünc medal əldə ediblər.