Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər
- 03 May 2024 19:15
- 285
Azərbaycan cüdoçuları Tacikistanın paytaxı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış ediblər.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə 5 idmançımız tatami üzərinə çıxıb.
Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Açeliya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.
Turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanırlar.