Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni bir medalla başa vurublar
- 25 İyn 2023 18:00
- 455
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan “Böyük Dəbilqə”ni bir medalla başa vurublar.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.
100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.
Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.
Qeyd edək ki, Azərbaycan cüdoçularından yalnız Yaşar Nəcəfov (66 kq) medala sahib çıxıb. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.