Azərbaycan cüdoçuları DÇ-yə Göygöldə hazırlaşır
- 25 Apr 2023 20:00
- 320
Cüdo milli Azərbaycan yığması 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına hazırlığın son mərhələsinə start verib.
Rekord.az xəbər verir ki, 22 apreldən etibarən Göygöl Olimpiya İdman Kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışı keçirilir.
Böyüklərdən ibarət yığma komandanın 42, gənclərdən ibarət yığma komandanın isə 32 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı 29 aprelə qədər davam edəcək. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev, Mehman Əzizov və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayev, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.