Azərbaycan cüdoçuları DÇ-yə İtaliyada hazırlaşırlar
- 14 Sen 2022 20:20
- 478
Azərbaycan cüdoçuları 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Rekord.az xəbər verir ki, sentyabrın 12-dən 16-dək İtaliyanın Riççione şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın cüdoçusu iştirak edirlər.
Qeyd edək ki, təlim-məşq toplanışına 34 ölkədən 281 idmançı qatılıb. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.