Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək

Rekord.az xəbər verir ki, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.

49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.