Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.

Rekord.az xəbər verir ki, 21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. 

Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.

Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı) 
Samir İsmayılov - uke (hücum edilən idmançı) 
İsmayıl Rzayev - tori 
İbrahim Aslanov - uke

Katame-no-Kata
Rafiq Nəcəfov - tori 
Əmrah Əhmədov – uke