Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
- 20 May 2024 13:40
- 269
Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kubokunda 6 mükafat qazanıblar.
Rekord.az xəbər verir ki, idmançılar yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Yığma medal əyarına görə ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Sonuncu gündə Süleyman Şükürov və Əli Hacızadə (hər ikisi 81 kq) finalda üz-üzə gəliblər. Şükürov qızıl, Hacızadə gümüş medala sahib çıxıb. Tuncay Şamil (90 kq) bürünc, Kənan Nəsibov (+100 kq) qızıl mükafat əldə edib.
Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) üçüncü yeri tutublar.