Azərbaycan cüdoçuları reytinq cədvəlinə başçılıq edirlər
- 12 Okt 2020 13:30
- 945
Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.
Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar.
Xatırladaq ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub. Daha üç cüdoçu Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.