Azərbaycan cüdoçularından Aktauda 4 medal
- 13 Okt 2024 23:20
- 193
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 4 medal qazanıb.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda turniri 1 qızıl və 3 bürünc medalla başa vurub.
Cüdoçularımız yarışda medal əyarına görə kişilər arasında 3-cü yeri tutub.
Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev ( hər ikisi +100 kq) isə bürünc medal əldə ediblər.