Azərbaycan cüdoçularından Avropa kubokuna uğurlu start
- 17 İyl 2021 22:20
- 670
Çexiyanın Praqa şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib.
Rekord.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.
Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.