Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku keçirilir.

Rekord.az xəbər verir ki, ilk gündə oğlanların yarışında -50, -55 və -60 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-50 kq çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib. 

-55 kq çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.