Azərbaycan cüdoçularından Avropa kubokunda 4 medal
- 2020-03-02 11:41
- 1002
Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku keçirilib.
Rekord.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.
Oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. 60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb.
Cüdoçu qızlarımız da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.