Azərbaycan cüdoçularından DÇ-də daha bir medal
- 25 Avq 2023 20:45
- 311
Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Boqdan Veliçkoviçə qalib gəlib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə etmişdi.