21 iyunda Rusiya Federasiyası Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının cüdo yarışlarının ilk günü Azərbaycan cüdoçuları 3 bürünc medala sahib olub. 

Rekord.az xəbər verir ki, qadınlar arasında -70 kq çəkidə Südabə Ağayeva bürünc medal qazanıb.

-78 kq. çəkidə Nərmin Əmirli və +78 kq. çəkidə Nigar Süleymanova yarışı 5-ci yerdə tamamlayıb.

Kişilər arasında -60 kq. çəkidə Hüseyn Allahyarov və -66 kq. çəkidə Rəşad Yelkiyev bürünc medal əldə edib. -73 kq. çəkidə Nəriman Mirzəyev 5-ci yerə çıxıb.