Azərbaycan cüdoçularından Podçetrtekdə 5 medal
- 16 İyn 2024 10:00
- 354
Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Rekord.az xəbər verir ki, turnirin ilk günün kişilər arasında 3 fərqli çəki dərəcələrində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Rövşən Əliyev (60 kq), Rəşad Yelkiyev (66 kq) bürünc, Kamran Süleymanov (73 kq ) gümüş, Nazir Talıbov (66 kq) və Nəriman Mirzəyev isə (73 kq) qızıl medal qazanıb.
İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.