Azərbaycan cüdoçularından Ramazan mesajları - VİDEO
- 07 May 2020 23:30
- 1183
Azərbaycan cüdosunun tanınmış simaları müsəlmanların mübarək Ramazan ayı münasibətilə fikirlərini səsləndiriblər.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti tərəfindən hazırlanan videoçarxda olimpiya çempionları, dünya və Avropa çempionları, mötəbər yarışların qalibləri yer alıblar.
Bu cüdoçular arasında olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, dünya çempionu, hazırda millinin məşqçisi Elxan Məmmədov, Rio Olimpiadasının gümüş medalçıları Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Hidayət Heydərov, dünya və Avropa birinciliklərinin mükafatçıları Nicat Şıxəlizadə, Orxan Səfərov, Məmmədəli Mehdiyev, milli komandanın üzvləri Kəramət Hüseynov, Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva, Aytac Qardaşxanlı, Səbinə Əliyeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov və Paralimpiya Yay Oyunlarının ikiqat qalibi İlham Zəkiyev bir-birinin ardınca təbrik mesajı yayımlayıblar.
Cüdoçularımız Azərbaycan xalqına sağlıq, hüzur və xoşbəxtlik içərisində bir Ramazan ayı keçirmələrini diləyiblər.