
Azərbaycan cüdoçularından Xorvatiyada daha 2 medal
- 13:30
- 36
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.
Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.
Bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.