Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bəlli oldu
- 22 İyn 2023 23:21
- 305
22 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kq
Leyla Əliyeva - Tamar Malka (İsrail)
Könül Əliyeva - Hikari Yoşioka (Yaponiya)
-52 kq
Aydan Vəliyeva - Ariunzaya Terbiş (Monqolustan)
Oğlanlar
-66 kq
Kəramət Hüseynov - Qusman Kırğızbayev (Qazaxıstan)
Yaşar Nəcəfov - Yanislav Qerçev (Bolqarıstan)
-73 kq
İbrahim Əliyev - Uranbayar Odqerel (Monqolustan)
Nurlan Osmanov - Enxdul Lxama (Monqolustan)
-81 kq
Zelim Tçkayev - Cunseonq Li (Cənubi Koreya)
-90 kq
Murad Fətiyev - Qan-Erdene Tserenbat (Monqolustan)
Elcan Hacıyev - Mansur Lorsanov (Fərdi Neytral İdmançılar)
-100 kq
Zelim Kotsoyev - Conqhun Von (Cənubi Koreya) / Xuderçulun Bayartsenqel (Monqolustan) cütünün qalibi ilə
+100 kq
Uşanqi Kokauri - Munqun-Erdene Tumurçudur (Monqolustan)
Camal Qamzatxanov - Vladut Simionesku (Rumıniya)