Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də rəqibləri bilindi
- 10 Okt 2024 21:40
- 237
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən püşkatma mərasimində Azərbaycanın 12 kişi və 2 qadın cüdoçusunun ilk rəqibləri bəlli olub.
Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:
Qadınlar
48 kq
Leyla Əliyeva - Sara İsçt (Almaniya)
57 kq
Acelya Toprak - Marina Azinou (Kipr)
Kişilər
60 kq
Balabəy Ağayev - Aleksandru Tirsina (Moldova) / Dauren Syukenov (Qazaxıstan) görüşünün qalibi ilə
Hüseyn Allahyarov - Nika Xuzauraşvili (Gürcüstan)
66 kq
Ruslan Paşayev - Teo Raoul Ebrar (Fransa) / Raşid Obaid (Birləşmiş Ərəb Əmirlikləri) görüşünün qalibi ilə
Rəşad Yelkiyev - İsmoil Nişonboev (Özbəkistan)
73 kq
Rəşid Məmmədəliyev - Bruno Bermeo (Ekvador)
Nəriman Mirzəyev - Tatsuki İşihara (Yaponiya)
81 kq
Zelim Tçkayev - Botond Tot (Macarıstan)
Ömər Rəcəbli - Vinçenso Pelliqra (İtaliya) / Ruslan Musayev (Qazaxıstan) görüşünün qalibi ilə
90 kq
Murad Fətiyev - Rayan Zarçye Qaray (Filippin) / Luka Babutsidze (Gürcüstan) görüşünün qalibi ilə
Musa Hüseynli - Mark van Deyk (Niderland)
+100 kq
İmran Yusifov - Yur Speykers (Niderland)
Uşanqi Kokauri - Esleken Kedo (Filippin)