Azərbaycan cüdoçularının olimpiadadakı proqramı açıqlandı
- 18 İyl 2024 19:30
- 243
Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.
Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.
27 iyul
Balabəy Ağayev (60 kq)
Leyla Əliyeva (48 kq)
28 iyul
Yaşar Nəcəfov (66 kq)
Gültac Məmmədəliyeva (52 kq)
29 iyul
Hidayət Heydərov (73 kq)
30 iyul
Zelim Tçkayev (81 kq)
31 iyul
Elcan Hacıyev (90 kq)
1 avqust
Zelim Kotsoyev (100 kq)
2 avqust
Uşanqi Kokauri (+100 kq)
İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.