Azərbaycan cüdoçusu Sadiq Hacıyev 24 aylıq diskvalifikasiya olunub.


Rekord.az AMADA-ya istinadən xəbər verir ki, cəzaya səbəb kimi idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi göstərilib.


Qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib. Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.