Azərbaycan cüdoçusu Avropa kubokunda gümüş medal qazandı
- 01 Fev 2020 23:56
- 1199
Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa fevralın 2-də yekun vurulacaq.