Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin qalibi oldu
- 01 Fev 2025 22:08
- 28
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) fransalı rəqibinə qalib gələrək "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Rekord.az xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Daikii Boubanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fransanın paytaxtı Parisdə keçirilən turnir fevralın 2-də başa çatacaq.