Azərbaycan cüdoçusu zədələndiyi üçün Avstraliyaya gedəsi olmadı
- 05 Noy 2023 11:00
- 359
Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında zədələndiyinə görə Açıq Okeaniya turnirində iştirak etməyəcək.
Rekord.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk yarış günündə, 1/4 final görüşündə zədələnib.
L.Əliyeva millinin tibbi heyətinin qərarına əsasən, noyabrın 10-11-də Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Onun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə dönməsi üçün bütün lazımi tədbirlər görülür.