Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də bürünc medal
- 11 Okt 2024 20:30
- 265
Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Flaka Lojaya (Kosovo) qalib gələn təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb.
Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).