Azərbaycan cüdoçusundan DÇ-də gümüş medal
- 05 Okt 2023 01:46
- 287
Azərbaycanın gənc cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Yaponiya təmsilçisi Yamato Fukudaya uduzub.
Bu gün mübarizəyə qoşulmuş Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (52 kq) yarışı medalsız başa vurublar.