Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız ilk oyununu doğma meydanda Danimarkaya qarşı keçirib.


Görüş yığmamız üçün yaxşı başlamayıb və voleybolçularımız ilk setdə məğlub olublar. Bundan sonra təşəbbüsü ələ alan komandamız ümumi hesabı bərabərləşdirə bilib. Lakin bu, millimizin qarşılaşmada qazandığı yeganə hissə olub. 4 set davam edən matçda voleybolçularımız 1:3 hesabı ilə uduzublar.

Qeyd edək ki, millimiz növbəti görüşünü avqustun 6-da Türkiyə kollektivinə qarşı keçirəcək.

 

Avropa çempionatı, təsnifat

3 avqust

A qrupu

   Azərbaycan - Danimarka 1:3 (22:25, 25:23, 16:25, 16:25)