
Azərbaycan derbisinə indiyədək satılmış biletlərin sayı açıqlandı
- 14 Fev 2025 19:00
- 131
Misli Premyer Liqasının 23-cü turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa indiyədək satılmış biletlərin sayı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda 4500 bilet satılıb.
Fevralın 16-da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.