Azərbaycan dünya ikincisi oldu
- 03 Avq 2023 02:59
- 356
Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.
Rekord.az xəbər verir ki, DÇ-də 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya 2-cisi olub.
İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.