Azərbaycan – Fransa oyunu türklərə tapşırıldı
- 04 Sen 2020 17:30
- 643
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun hakimləri açıqlanıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Halis Özkahya olacaq. Ona Kerem Ersoy və Sərkan Olquncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. Matçın hakim-inspektoru rumıniyalı Auqustos Konstantin olacaq.
Sentyabrın 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu saat 21:00-da start götürəcək.