Ötən gün "Region Liqası"nın 1/8 final mərhələsinin "Ağstafa Gəncləri" - "İvanovka" matçında xoşagəlməz olay yaşanıb.

Rekord.az xəbər verir ki, Ağstafa Rayon Səhiyyə Şöbəsi bu oyuna həkim  göndərməkdən imtina edib.

Şöbənin niyə belə addım atmasının səbəbi məlum deyil.

Qeyd edək ki, oyunda 1:0 hesabı ilə qalib gələn "Ağstafa Gəncləri" 1/4 finala vəsiqə qazanıb.