Son günlər Azərbaycan futbolunda kütləvi yoluxmanın baş verməsi çoxları üçün gözlənilməz oldu. Çünki ölkədə uzun müddətydir bu virus mövcud olsa da futbolumuzdakı vəziyyət elə də ciddi deyildi.

 

Rekord.az xəbər verir ki, bütün problemlər millidən qaynaqlanır.

 

Belə ki, milli komanda Lüksemburqla səfər matçında olarkən futbolçuların əksəriyyəti koronavirusa yoluxub. Problem odur ki, simptomlar ölkəyə qayıtdıqdan bir neçə gün sonra özünü göstərib. Yəni həmin futbolçular geri qayıdıb öz klublarında məşqə başlayandan sonra. Lakin artıq gec olub. Yəni millidə virusa yoluxanlar klubdakı futbolçu həmkarlarını da yoluxdurub. Təbii ki, burada əsas günahkar AFFA da olub. Çünki iki futbolçunun virusa yoluxduğu hələ Lüksemburqda məlum olub. Elə bunun özü əsas verirdi ki, komanda Bakıya qayıdan kimi, bütün futbolçular 14 günlük karantinə alınsın. Lakin çempionatın dayandırılması ehtimalından qorxan AFFA rəhbərliyi millidəki ciddi vəziyyəti gizlədib.