Azərbaycan futbolunun Sovet dövrü: Kollektiv yox, amma fərdi uğurlarımız var
- 08 May 2020 13:00
- 2043
Məlum məsələdir ki, uzun illər SSRİ-nin tərkibində yaşadığımızdan, mədəniyyətyimiz, incəsənətyimiz, kinomuzda olduğu kimi, futbolumuzda da sovet dövrü xüsusi yer tutur. Azərbaycanda futbol ötən əsrin əvvəllərindən etibarən yaranmağa başlasa da, öz mütəşəkkillik yolunu 20-ci illərdən sonra tapmağa başladı. 1920-ci ilə qədər futbolda heç bir ciddi naliyyət qazanılmayıb. Yalnız 30-cu illərdən etibarən yeni-yeni yaranmağa başlayan komandalar SSRİ miqyasında keçirilən oyunlarda iştirak etməyə başladılar. O dövrlərin məşhur komandaları daha çox zavod adlarını daşıyırdı ki, bu da sovet idealogiyasının tərkib hissələrindən biri idi. Təbii ki, ölkənin ən tanınmış komandası “Neftyanik” olub. Hansı ki, bu komanda 60-ci illərin sonundan etibarən “Neftçi” adlanmağa başladı. Ancaq bu yazımızda bu komanda haqqında danışmayacayıq. Ümumiyyətlə, hansısa komanda yox, fərdlər haqqında söhbət açacayıq. Dönüb tarixə də baxanda etiraf etməliyik ki, futbolumuz Sovet dövründə heç bir ciddi uğura nail olmayıb. Yalnız 1966-cı ili istisna eləmək olar. Bir çoxlarının fikrincə həmin il Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Çünki "Neftçi" komandası SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb.
1966-cı ildə Bakı komandasının iki oyunçusu SSRİ yığmasının tərkibində İngiltərədə keçirilən dünya çempionatında iştirak edib. Onlardan biri - unudulmaz Anatoli Banişevski qol vurub. Qeyd edək ki, həmin dünya çempionatında sovet komandası ilk dəfə olaraq 4-cü yeri tutub. SSRİ-nin ilk yığmasında "Neftçi"nin 8 oyunçusu çıxış edib. Bu komandanın tərkibində onlar bir-birinin ardınca 76 oyun keçiriblər və 26 qol vurublar. Ancaq qeyd etdiyimiz kimi, təəssüf ki, bu, bizim sovet dövründə qazandığımız ən böyük uğur olub. Bir sözlə, Azərbaycanın heç bir futbol klubu SSRİ çempionatlarında əhəmiyyətli uğur qazana bilməyib. Lakin kollektiv oyundan fərqli olaraq fərdi şəkildə daha böyük uğurlarımız olub. Bu mənada Azərbaycanın sovet yox, hətta dünya futboluna da parlaq adlar bəxş edib. Onların arasında hakimlər Tofiq Bəhramov və Eldar Əzimzadə, məşqçi Əhməd Ələsgərov, qapıçılar Sergey Kramarenko, Aleksandr Jidkov, oyunçular Ələkbər Məmmədov, Anatoli Banişevski, Yuri Kuznetsov, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Valeri Pançik (SSRİ-nin Olimpiya komandasının kapitanı), İqor Ponomaryov (1988-ci ildə Seul Olimpiadasının qızıl medalını qazanıb), Nazim Süleymanov, Vəli Qasımov və başqaları var. Hakimlər haqqında bir qədər sonra ətraflı yazacayıq. Biz qısaca futbolçulara toxunmaq istəyirik.
Məsələn, Anatoli Banişevski SSRİ səviyyəsində ad qoya bildi. Yeganə bakılı oldu ki, SSRİ millisinin aparıcı futbolçusuna çevrildi, dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak etdi, hətta, dünya çempionatının bürünc medallarını qazandı. Ələkbər Məmmədov “Neftçi”də oynamasa da Moskva “Dinamo”nun heyətində öz sözünü deməyi bacardı. Onun məşhur “San Siro”da “Milan”ın qapısına 4 qol vurması isə uzun illər müzakirə olundu. 80-ci illərdə tanınan bakılılar da böyük uğurlara imza atdılar. Bunlardan İqor Ponomaryovun olimpiya çempionu olduğunu qeyd edə bilərik. Həmin illərdə “Neftçi”nin aparıcı futbolçusu olan İqor 1988-ci ildə SSRİ Olimpiya yığmasının heyətində Cənubi Koreyanın Seul şəhərinə yollandı və sovet futbolçularının heyətində olimpiadanın qızıl medallarını qazandı. Düzdür, o orada cəmi bir oyunda forma geyindi. İlk oyunda ciddi zədə aldığından finala qədər olan matçların heç birində meydançaya çıxmadsı. Bununla belə milli üzvü kimi qızıl medalı boynundan asaraq, adını tarixə yazdırdı. Həmin dövr Bakı futbol məktəbinin yetirməsi olan Valeri Pançiki də qeyd etmək olar. “Neftçi”nin əvəzolunmaz futbolçularından olan Pançik həmin dövr SSRİ-nin Olimpiya yığmasının kapitanı idi. Razılaşın ki, böyük bir imperiyanın futbol üzrə olimpiya yığmasının kapitan sarğısını daşımaq hər futbolçuya qismət olmur.
80-cı illərin sonuna kimi isə Nazim Süleymanov və Vəli Qasımov kimi futbolçular üzə çıxıdılar. Düzdür, futbolçuların karyerasının uğurlu tərəfi daha çox ittifaq dağılandan sonrakı dönəmə təsadüf edib. Sadəcə, həmin məktəbdə püxtələşdiyi üçün adlarını çəkirik. Vəli Moskva “Dinamo”una keçərək orada keçirdiyi ilk ilədəcə Rusiya çempionatının bombardiri adını qazandı.
Nazim Süleymaov isə “Alaniya”nın heyətində daha dav irəli gedərək Rusiya çempionu tituluna sahib oldu. Sovet dövründə tanınan futbolçularımızın fərdinuğurları haqqında danışarkən iki futbolçunun qazandıqlarını xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Ələkbər Məmmədov - dörd dəfə SSRİ çempionu, əməkdar idman ustası və əməkdar məşqçi adını qazanmış yeganə Azərbaycan futbolçusudur. Onun ən böyük uğuru 1955-ci ildə İtaliyada yerli çempion "Milan"ın qapısına bir oyunda vurduğu 4 qol qolub.
Anatoli Banişevski SSRİ çempionatında 136 qolun müəllifi olub. Banişevskinin SSRİ yığma komandasının 1966-cı ildə dünya çempionatında dördüncü yer və 1972-ci il Avropa birinciliyində gümüş medala layiq görülməsində xidməti böyükdür.