![photo](https://www.rekord.az/storage/uploads/5/d3c3565c-1fbe-4ecc-b0c3-d270098b8959.jpeg)
Azərbaycan futzalçılarından 10:2 hesablı qələbə
- 21 İyl 2023 23:01
- 309
Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında 2-ci turun görüşləri olub.
Rekord.az xəbər verir ki, yarışda iştirak edən ASAPES-in (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) kişilərdən ibarət komandası Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlib.
Məlumat üçün bildirək ki, ilk turda futzalçılarımız Finlandiyanın “Jivaskila Universitet” komandasına 2:3 hesabı ilə uduzmuşdu.
Reqlamentə əsasən, 5 komandalı qrupda yer alan ASAPES kollektivi 1/4 finala çıxmaq üçün qrupda ilk 2 yerdən birini tutmalıdır.