Azərbaycan futzalında vəziyyət çox ciddidir. Mənfi istiqamətə doğru.

Rekord.az bir müddət öncə əksər klubların futzalçılarına maaş verə bilmədiyini yazmışdı.

Çünki pandemiya səbəbindən əksər iş yerləri bağlandığından sponsorlar da maddi sıxıntı çəkirlər, maaş verməyə pul tapmırlar. Üstəlik, məşq yox, oyun yox. Əldə etdiyimiz məlumata görə, bəzi klublar artıq dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.