Yanvarın 31-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçiriləcək.

Rekord.az xəbər verir ki, tədbirin proqramına 2023-cü il üzrə gənclər üçün yeni layihələrin təqdimatı, fəal gənc üzvlərin, debatçıların mükafatlandırılması və “Gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətinin inkişaf etdirilməsi” mövzusunda debat daxildir.