Azərbaycan gimnastaları üçün Belarus sınağı
- 23 İyl 2024 16:44
- 202
Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər.
Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.
Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.
“Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.