Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən dünya kubokunda finala yüksəlib.

Rekord.az xəbər verir ki, o, batut gimnastikası üzrə yarışın həlledici mərhələsində iştirak hüququ qazanıb.

Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb. Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də dünya kubokunda mübarizə aparırlar.