Azərbaycan gimnastı Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Batut gimnastikası və tamblinq üzrə yarışan idmançı qızıl medal qazanıb.