Azərbaycanın üç bədii gimnastı Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova fərdi proqramda bacarığını göstərməyə çalışacaq.

Onlar yarışda məşqçilər Aliyə Paşayeva və Nigar Mircəlallının rəhbərliyi altında mübarizə aparacaqlar. Turnirdə azərbaycanlı hakimlərdən Dilbər İbrahimova ilə Səbinə Hacıyeva ədaləti qoruyacaq.

Yarış aprelin 26-28-də gerçəkləşəcək.